Oktyabr ayının 20-də Mədəniyyət və Turizm nazirliyinin Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü geniş şəkildə qeyd olunacaq. SİA-nın verdiyi məlumata görə, dünyada XI dəfədir keçirilən Kulinariya bayramı Azərbaycanda VIII dəfədir ki, qeyd olunur. Tədbirdə incəsənət xadimlərinin, aparıcı restoranların nümayəndələrinin, beynəlxalq çempionatların qalibləri olan kulinarların, media nümayəndələrinin iştirakı gözlənilir. Aşpazlar tərəfindən usta siniflər göstəriləcək, müxtəlif yeməklər hazırlanacaq və bundan əlavə ilk dəfə olaraq pizza şou nümayiş olunacaq. Bir il ərzində assosiasiyanın və mərkəzin fəaliyyətində aktiv iştirak edən şəxslər və media nümayəndələri təltif olunacaq.
Qeyd edək ki, tədbir Azərbaycanın doqquz xanlığını təmsil edən yeni açılmış restoranda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB