Bu gün Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014" tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının demokratik idarəçilik direktorluğunun nümayəndələrinin iştirakı ilə baş tutub.
Mərasim iştirakçıları əvvəlcə "İcmalar irsi formalaşdırır: Azərbaycan simaları" mövzusunda hazırlanmış fotosərgi ilə tanış olublar.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin Avropanın bütün beynəlxalq layihələrində fəal iştirakından söz açıb: "Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində nəzərdə tutulan silsilə tədbirlər sırasında məhz mədəniyyət və turizm tədbirlərinin keçirilməsi sevindirici haldır. Müvafiq sahədə ilk tədbirin "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı"dır. Ölkəmizin özünü Avropa ailəsinin ən yaxın üzvü kimi tanıtdıra bilib. Mədəni irs Azərbaycan dövlətinin prioritetləri arasında xüsusi yer tutur. Sevindirici haldır ki, indi Avropada Azərbaycanı daha yaxşı tanıyırlar. Qürur hissi keçiririk ki, mədəni irsə marağımız nəinki ölkə daxilində, eyni zamanda bütün qitələrdə də öz əksini tapıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox ölkələrində mədəniyyət obyektlərinin bərpası, yenidən qurulması istiqamətində layihələr həyata keçirilir. Qloballaşan dünyada Azərbaycan bütün mədəniyyətlərə doğru açıq sima, açıq niyyət arzusu ilə gedir".
Tədbirdə "Avropa irs günləri layihəsi və onun Azərbaycanda qeyd olunması"na dair film nümayiş olunub.
Sonra Avropa Şurasının demokratik idarəçilik direktorluğunun rəhbəri Klaudia Luçianinin videomüraciəti nümayiş etdirilib. Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa Komissiyasının "Yaradıcı Avropa proqramının" rəhbəri Monika Urian de Souza və "Avropa irs günləri" layihəsinin meneceri Madelena Qrosman tədbirin əhəmiyyətindən və təmsil etdikləri ölkədə müvafiq sahə üzrə təcrübələrindən söz açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB