Xalq yazıçısı Anar mükafata layiq görülüb

Xalq yazıçısı Anar mükafata layiq görülüb

MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə daimi komissiyasının iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Birliyin katibi Çingiz Abdullayev, sosial-mədəni inkişaf və elm üzrə Qazaxıstan Respublikası Parlament Senatı Komitəsinin üzvü Yerqaliyev Jabal Yerqaliyeviç, Mədəniyyət üzrə Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması Komitəsinin birinci sədr müavini Drapeko Yelena Qriqoryevna, Elm, təhsil və gənclər siyasəti üzrə Tacikistan Respublikası Parlamentinin Nümayəndələr Palatası Kömitəsinin üzvü Kərimov Maxmadraxim, Beynəlxalq məsələlər üzrə Qırğızıstan Respublikası Joqorku Keneş Komitəsinin sədr müavini Kadırov Bəxtiyar Sabirjanoviç, media mənsubları və başqaları iştirak edib.

Ötən iclaslarda olduğu kimi növbəti tədbirdə də MDB ölkələrinin ədəbiyyatından, şair və yazıçılarının yaradıcılığından, bu sahədəki yeniliklərdən söhbət açılıb.

İclasda o da diqqətə çatdırılıb ki, MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə daimi komissiyasının ədəbiyyat üzrə təsis etdiyi mükafatı hər il MDB üz ölkələrindən olan bir yazar və ya şairə təqdim olunur. Komissiyanın qərarı ilə builki mükafata isə Azərbaycanın xalq yazıçısı Anar layiq görülüb.

Tədbirdə çıxış edənlər yazıçı Anar haqqında dəyərli fikirlər səsləndiriblər.

Qeyd edək ki, sözügedən mükafata illər öncə Çingiz Aytmatov da layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə