“Ömrün səhifələri”

Azərbaycan Teatr Xadimləri İttifaqında sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin "Ömrün səhifələri" seriyasından yeni kitabının təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, yeni nəşr görkəmli nasir və dramaturq, xalq yazıçısı, "Şöhrət" ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilib.Tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov açaraq İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə edib, xüsusi dəst–xətti olan yazıçının əsərlərinin bu gün də sevilə-sevilə oxunduğunu vurğulayıb.

Digər çıxış edənlər də böyük sənətkarın ömür yolundan və ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıblar və onunla bağlı xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə