Oktyabr 14-də Nizami Kino Mərkəzində, dövlət sifarişi əsasında "Yaddaş" studiyasında çəkilmiş "Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı olacaq. SİA-nın verdiyi xəbərə görə, görkəmli sufi filosofu, Xəlvətilik təriqətinin yaradıcılarından biri Seyid Yəhya Bakuviyə həsr olunmuş filmin rejissoru Adil Azay, ssenari müəllifi Orxan Fikrətoğlu, operatoru Rüfət Süleymanov, dekor və geyim üzrə rəssamı Şahin Həsənli, Tural Bakuvi, məsləhətçisi Zöhrə Əliyeva, redaktoru Elşad Ərşadoğlu, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.
Qeyd edək ki, filmdə Novruz Cəfərov, Mirzə Ağabəyli, Kamran Yunis, Namiq Ağayev və başqa aktyorlar çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB