F. Köçərli adına Respublika Uşaq Kitabxanası 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə "Bayraq mənliyimdir, bayraq kimliyim" adlı rəsm müsabiqəsi elan edib. SİA-nın verdiyi xəbərə görə, müsabiqədə 5-14 yaş arasında olan uşaqlar və yeniyetmələr iştirak edə bilər. Müsabiqəyə göndərilən rəsmlər boya və ya ipək parça üzərində biser, rəngli saplarla tikilə bilər.İştirakçılar rəsmləri, əl işləri ilə yanaşı özləri barədə müvafiq məlumatları noyabrın 1-dək kitabxananın kütləvi tədbirlər və ya incəsənət şöbəsinə təqdim etməlidir. Kollaj, fotomontaj və digər formatda rəsmlər qəbul olunmur. Müsabiqəyə göndərilən işlər geri qaytarılmır. Təşkilatçılar həmin rəsm və əl işlərindən müvafiq mövzulu tədbirlərdə istifadə edəcəklər.Qaliblərin adı noyabrın 9–da açıqlanacaq və onlar mükafatlandırılacaqlar. Rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB