Mədəniyyət və Turizm Nazirliyi Xətai Sənət Mərkəzi ilə birlikdə təsviri sənətdə sulu boya janrının inkişafı, ölkəmizdə və onun hüdudlarından kənarda təbliği məqsədilə "Azərbaycan – Vətənim mənim" devizi altında sulu boya rəsm festivalını keçirir və müsabiqə elan edir. SİA-nın verdiyi xəbərə görə, müsabiqənin şərtlərinə əsasən ilk üç yerin qalibinə diplom və pul mükafatı təqdim olunacaq. Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini oktyabrın 18-dək Xətai Sənət Mərkəzinə təqdim edə bilərlər. Seçilmiş əsərlər Bakı, Naxçıvan və Gəncədə sərgilənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB