“Mən və mənim fərqli dünyam”

"Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi (İB) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) birgə təşəbbüsü ilə "Mən və mənim fərqli dünyam" mövzusunda sərgi elan olunub. SİA-nın verdiyi xəbərə görə, autizm sindromundan əziyyət çəkən insanlara dəstək məqsədilə keçiriləcək sərgi oktyabrın 17-də ADRA-nın muzey-sərgi kompleksində təşkil olunacaq.Sərginin məqsədi autizm sindromu haqqında ictimaiyyəti məlumatlandırmaq, autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına ictimai diqqəti cəlb etməkdi. Eyni zamanda ictimaiyyətə autizmin xəstəlik deyil, bir fərqlilik olmasını çatdırmaq, onların neqativ hal olaraq cəmiyyətdən uzaqlaşdırılması və gizlədilməsinin qarşısını almaqdan ibarətdir. Çünki bu uşaqların bəziləri xüsusi qeyri-adi istedada malik olurlar. Sərgidə istənilən texnika üzrə işlər qəbul olunur. Burada Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, tələbə və gənc rəssamların da əsərləri sərgilənəcək.

Qeyd edək ki, sərgi bir gün davam edəcək və sonda müəlliflərə sertifikatlar təltif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə