Ədalət Əsgəroğlu anıldı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda mərhum şair, vaxtilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Ədalət Əsgəroğlunun xatirəsi anılıb. SİA-nın verdiyi xəbərə görə, AYB-nin katibi, xalq şairi Fikrət Qoca Ədalət Əsgəroğlunun yaradıcılığını yüksək qiymətləndirərək, onunla bağlı xatirələrini bölüşüb. Tədbirdə digər çıxış edənlər Ədalət Əsgəroğlunu dəyərli insan, gözəl şair, əvəzsiz dost kimi xarakterizə edərək, onsuz keçən bir il ərzində xatirəsinin hər zaman dostları tərəfindən anıldığını söyləyiblər. Natiqlər Ədalət Əsgəroğlunu yenilikçi, sözə dəyər verən, onun böyüklüyünə sığınan bir qələm adamı kimi dəyərləndiriblər. Şairin poeziyası ilə xasiyyətinin üst-üstə düşdüyünü, onun işıqlı simasının dostların qəlbində, oxucuların yaddaşında daim yaşayacağını, heç zaman unudulmayacağını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə