İllərdir "Muhteşem yüzyıl" dizisini yayımlayan Macarıstan kanalı, seriala altı həftəlik ara veriləcəyini açıqladıqda...
Ölkə əhalisi ayağa qalxdı!

İllərdir "Muhteşem yüzyıl" serialını yayımlayan Macarıstan RTL Klub kanalı, seriala altı həftəlik fasilə veriləcəyini açıqladıqda Macarıstanlı tamaşaçılar üsyan etdi. BBC Türkcənin xəbərinə görə, "Serialımızı istəyirik" şüarı ətrafında bir araya gələn və on minlərlə imza toplayan serialın pərəstişkarları mitinqə hazırlaşır

Çox sevilən və illərdir Macarların ən çox izlədiyi üç serialdan biri olan "Muhteşem Yüzyıl" ın pərəstişkarları, sosial mediada yaratdıqları bir qrupla imza toplamağa da başladılar.

"Muhteşem Yüzyıl" pərəstişkarları, 4 Oktyabr Şənbə günü, serialın təkrar yayımlanması üçün RTL televiziya binası qarşısında bir nümayiş təşkil edəcəklərini bildiriblər

Tamaşaçı etirazlarını nəzərə alan, Macarıstan RTL televiziyası proqram müdiri açıqlama vermək məcburiyyətində qalıb.

Tamaşaçılardan üzr istəyən RTL televiziyası proqram müdiri, başqa bir proqram səbəbi ilə serialın yayımlanmasına fasilə vermək məcburiyyətində qaldıqlarını, amma bunun yalnız altı həftəlik fasilə olacağını və daha sonra serialın yayımlanmasına davam ediləcəyini açıqladı.

Serialın yerinə bu altı həftə ərzində xüsusi bir reality şou yayımlayacağı da mətbuata əks olundu

Bütün xəbərlər Facebook səhifəmizdə