Nazirlikdə Çexiya səfiri ilə görüş keçirilib

Nazirlikdə Çexiya səfiri ilə görüş keçirilib

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva Çex Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vitezlav Pivonkanı qəbul edib. SİA-nın verdiyi xəbərə görə, görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələr hazırki vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir müavini Azərbaycan və Çexiyanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməsi və ikitərəfli əlaqələrin sürətlə inkişaf etməsindən məmnunluğunu ifadə edib. Bundan əlavə Səfir "Hot&Cold. Drinking glasses and porcelain from Central Europe" adlı sərginin təşkilində Nazirlik tərəfindən köməklik göstərilməsini arzulayıb. Nazir müavini S.Məmmədəliyeva sərginin təşkilində mümkün köməkliyin göstəriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə