Nizami Kino Mərkəzində yeni üç amerika filminin nümayişi başlanıb FOTOLAR
Nizami Kino Mərkəzində oktyabrın 02-dən etibarən "Paris: ölülər şəhəri", "Yox olmuş" və "Anabelin lənəti" adlı filmlərin nümayişinə başlanıb. SİA-nın verdiyi xəbərə görə, rejissor Con Erik Daudalın çəkdiyi "Paris: Ölülər şəhəri" filmi dəhşət saçan trillerdir. Eyfel qülləsinin möhtəşəmliyi, Yelisey zəmilərinin rəngarəngliyi, nəfis fransa mətbəxinin ətri və hətta şəhər butiklərinin cazibəsi Parisin yalnız gözə görünən tərəfidir. Şəhərin görünməyən üzü olan sonsuz katakombalarda isə bu dünyanın əsl sahibləri yaşayır. Filmdə rolları Ben Feldman, Edvin Xoc, Perdita Viks, Fransua Sivil, Ali Maxyar, Kosme Kastro, Hamid Cavidan, Emi Levi və digər aktyorlar canlandırıblar.
"Anabelin lənəti" filmini Qari Dobermanın ssenarisi əsasında rejissor Con R. Leonetti lentə alıb. Con həyat yoldaşı üçün ideal hədiyyə ağ gəlinlikdə olan nadir antik kukla alır. Lakin hədiyyə sevinci çox çəkmir. Gecələrin birində, şeytana sitayiş edən təriqət üzvləri onların evinə basqın edir. Filmdə rolları Annabell Uollis, Elfri Vudard, Erik Ladin, Mişel Romano, Uord Xorton və başqa aktyorlar ifa edib.
Üçüncü, "Yox olmuş" filmidə amerika kinematoqrafçılarının istehsalıdır. Gillian Flinnin ssenarisi əsasında rejissor Devid Finçerin ekranlaşdırdığı film triller, dram və kriminal janrındadır. Evliliklərinin 5 illik yubileyini qeyd etməyə hazırlaşan ailənin xanımı yoxa çıxır. Mübarizə və pis silinmiş qan izləri ilə yanaşı bu müəmmalı sirrin açılmasına, ağıllı və hədsiz dərəcədə ixtiraçı olan qadının hər il əri üçün hazırladığı oyunun ip ucları kömək olur. Rollarda yaraşıqlı Ben Afflek, Rozamund Payk, Nil Patrik Harris, Missi Payl, Kerri Kun və digər aktyorlar çəkilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB