Xanəndənin 150 illiyi qeyd olundu

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan xanəndəsi Keçəçioğlu Məhəmmədin anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət içşisi Alla Bayramova Keçəçioğlu Məhəmmədin yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə xalq artistləri Canəli Əkbərov, Ramiz Qulivev və başqaları mahir ifaçı və muğam bilicisi Küçəçioğlu Məhəmmədin Qafqazda böyük şöhrət qazandığını, muğam sənəti tarixində əbdiyaşar zəngulələri ilə yadda qaldığını söyləyiblər.

Qeyd edək ki, sonda muzeyin qədim musiqi alətləri ansamblının müşayiəti ilə əməkdar artistlər Nuriyyə Əhmədova, Teyyub Aslanov, gənc xanəndələr İlkin Əhmədov, Babək Niftəliyev və Abgül Mirzəliyevin ifasında Keçəçioğlu Məhəmmədin vaxtı ilə oxuduğu muğamlar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə