Moskva Bədaye Teatrı Bakıya gəlir

Oktyabrın 7-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində A.P.Çexov adına Moskva Bədaye Teatrının yaradıcı kollektivin ifasında Aqata Kristinin "İttihamın şahidi" romanı əsasında eyniadlı tamaşanın nümayişi olacaq. SİA-nın verdiyi xəbərə görə, tamaşada vəkil Uilfrid Robarts ilk baxışda ümidsiz görünən bir işi öhdəsinə götürür. Onun müdafiə etdiyi şəxs yaşlı bir qadının qətlində ittiham olunur və bütün dəlillər onun günahkar olduğunu göstərir. Müttəhimin günahsız olduğunu təsdiqləyə biləcək yeganə adam isə onun həyat yoldaşıdır. Lakin onun ifadələri vəkili çaşbaş salır.

Qeyd edək ki, tamaşada Renata Litvinova, İqor Vernik, Sergey Çonişvili, Yevgeniya Dobrovolskaya və digər aktyorlar iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə