Almaniyanın media nümayəndələri Azərbaycanda olublar

Almaniyanın media nümayəndələri Azərbaycanda olublar

Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkəti arasında əməkdaşlıq çərçivəsində ölkəmizin turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə Almaniyanın "Reutlinger Generalanzeiger", "Munchner Merkut", "Rheinische Post", "Welt am Sonntag", "Nurnberger Nachrichten" qəzetlərinin və "Gour-med", "SRT/Mortimer Reisemagazin" jurnallarının əməkdaşlarından ibarət KİV nümayəndələri ölkəmizdə səfərdə olublar. SİA-nın verdiyi xəbərə görə, bu müddət ərzində bir sıra brend mehmanxanalarla, "Fairmont Baku", "Jumeirah Bilgah Beach", "Kempinski hotel Badamdar" və "JW Marriott Absheron Baku" mehmanxanalarının fəaliyyəti ilə tanış olublar. İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Qobustan, Atəşgah məbədi, Yanardağ və s. tarix mədəniyyət abidələrini ziyarət ediblər. Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı Lahıc, İsmayıllı, Qəbələ, Şəkiyə səfər etmiş və bu regionların turizm potensialı haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, Almaniya turizm bazarında təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2014-cü ilin aprel ayından "Aviareps Tourism GmbH" şirkəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Almaniyanın aparıcı turizm şirkətləri və MICE (işgüzar turizm) turizm nümayəndələri üçün ölkəmizə info-turlar, press-tur təşkil olunub. Həmçinin Frankfurt şəhərində keçirilmiş "İMEX 2014" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı keçirilmiş və Frankfurtun küçələrində ölkəmizin turizm potensialını əks etdirən reklam lövhələri yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə