Pantomima teatrı həvəskarları oktyabr ayında maraqlı tamaşalara baxacaqlar. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində oktyabrın 4-də Ceyhun Dadaşovun "Mən və mən", 5-də Nargilə Qəribovanın və Ceyhun Dadaşovun "Katarsis", oktyabrın 11-də isə Səbinə Hacıyevanın "Dejavü" tamaşaları göstəriləcək. Teatrın kollektivi oktyabrın 12-də Semyuel Bekketin "Qaranlıq", 18-də Bəxtiyar Xanızadənin "Pantomima buketi", 19-da "Kitabi-Dədə Qorqud" dastanı əsasında hazırlanmış "Dəli Domrul" tamaşalarını nümayiş etdirəcək. Bəhruz Əhmədlinin "Ora-bura" tamaşası oktyabrın 25-də, Çingiz Aytmatovun "Gün var, əsrə bərabər" romanının motivləri əsasında hazırlanmış "Manqurt" tamaşası isə oktyabrın 26-da göstəriləcək. Teatr həmişə olduğu kimi balaca tamaşaçılarını da unutmayıb. Belə ki, uşaqlar oktyabrın 12-də A.Şaiqin "Tıq-tıq", 26-da Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" tamaşalarına baxa bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB