Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim edilib. SİA-nın verdiyi xəbərə görə, konsertdə dirijor, xalq artisti Yalçın Adıgözəlov, solist tanınmış Litva pianoçusu Kasparas Uinskas iştirak edib. Bakı səhnəsində ilk dəfə öz ifasını təqdim edən Litva musiqiçisi alqışlarla qarşılanıb. Konsert proqramında Friderik Şopenin kamera orkestri üçün işlənmiş fortepiano və orkestr üçün 2 nomrəli konserti və Benjamin Brittenin musiqisi səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB