Azərbaycanın Polşadakı səfirliyinin polyak dilində ölkəmizlə bağlı nəşr etdirdiyi kitabların təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimatda Varşava Universitetinin, Polşa Elmlər Akademiyasının Ədəbi-Tədqiqat və İncəsənət institutlarının və paytaxtda fəaliyyət göstərən ali məktəblərin nümayəndələri iştirak ediblər. Səfir Həsən Həsənov çıxış edərək səfirlik tərəfindən polyak dilində "Azərbaycanın Dağlıq Qarabağ regionu", "Azərbaycan eposları", "Azərbaycan-Polşa əlaqələri", "Azərbaycan mədəniyyəti və incəsənəti", "Azərbaycan mətbəxi", "Azərbaycan memarlığı və Azərbaycan folkloru" başlıqlı seriyalarda nəşr etdirilmiş 27 adda kitab və 8 açıqca haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının qədim tarixinin, zəngin mədəniyyətinin polyaklara çatdırılması baxımından qeyd olunan layihə uğurla həyata keçirilir.
Qeyd edək ki, tədbirin sonunda Varşavada yerləşən ali məktəblərin kitabxanalarında Azərbaycan guşələrinin yaradılması məqsədilə hər bir nümayəndəyə kitablar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB