Bakı Xətai Sənət Mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə "Mən fəxr edirəm ki, azərbaycanlıyam" layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi qaliblərinin sərgisi açılıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov rəsm müsabiqəsinin qaliblərini təbrik edib və layihə haqqında məlumat verib. Bildirilib ki, müsabiqəyə Qazax, Ağstafa, Quba, Masallı və digər rayonlardan olan gənclərin 200-dən çox əsəri təqdim olunub. Bu əsərlərdən 50-yə yaxın yeniyetmə və gəncin rəsmləri qənaətbəxş sayılıb. Müsabiqədə iki nominasiya üzrə 14-18 yaş arası yeniyetmələr və 18-29 yaş arası gənclər mükafatlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul işçisi Rahu Qurbanova, Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan və digər çıxış edənlər yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması və istedadlarının inkişaf etdirilməsi baxımından tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd edək ki, müsabiqə iştirakçıları diplomlarla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB