Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Musiqi Akademiyasında növbəti konsert proqramı təqdim edilib. SİA-nın verdiyi xəbərə görə, konsertdə "Avstraliyanın gənc virtuozları" kvartetinin ifasında kamera musiqisi səsləndirilib. Kollektivin bədii rəhbəri Bakı Musiqi Akademiyasının məzunu Emin Tağıyevdir. Kvartet 2014-cü ildə Avstraliyanın Kvinslend ştatının Brisben şəhərində yaradılıb. Bu konsert gənc kollektivin debütüdür. Konsertdə V.A.Motsart, P.Sarasate, İ.S.Bax, N.Paqanini, İ.Brams və digər Qərb bəstəkarlarının musiqiləri ifa olunub.
Qeyd edək ki, kollektiv ilin sonunadək bir neçə yerdə, o cümlədən Avstraliyanın paytaxtı Kanberrada da konsert verməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB