Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevin ailəsində sevincli günlər yaşanıb. SİA-nın xəbərinə görə, teatrın direktorunun qızı Fəridə Rəfizadənin dünən elçilik mərasimi baş tutub.
Məsələ ilə bağlı əməkdar artist Elman Rəfiyevlə əlaqə saxladıq və xəbərin doğru olduğunu təsdiqlədi: "Bəli, dünən qızım Fəridənin elçiləri gəlmişdi. Qızımın sevib-seçdiyi oğlanla evlənməsinə razılıq verildi. Hərisi verilib və yaxın gələcəkdə toy mərasimi olacaq. Allah bütün balaları xoşbəxt etsin və hər bir ailəyə bu sevinci yaşatsın".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB