Bakıda fransız rəssamının sərgisi açılıb

Bakıda fransız rəssamının sərgisi açılıb

Bakıda fransız rəssamı Fernan Zakonun sərgisi açılıb. SİA-nın verdiyi xəbərə görə, sərgidə Parisi başqa rakursdan təqdim edən silsilə rəsmlər nümayiş olunur. Onların arasında "Qara planlar", "Məhəbbət məktubları", "Piqal" və başqa rəsmlər var. Fernan Zako hərtərəfli rəssamdır. O, uşaq ədəbiyyatı üçün illüstrasiyalar, reklamlar, komikslər çəkir, gənclər üçün hazırlanan televiziya verilişləri ilə əməkdaşlıq edir.

Qeyd edək ki, sərgi sentyabrın 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə