Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başladı FOTOLAR
Nizami Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanıb. SİA-nın verdiyi xəbərə görə, bu gündən etibarən Nizami Kino Mərkəzində "Bədheybətlər ailəsi" animasiya filminin, "Bərabərləşdirici" və "Ay işığının sehri" bədii filmlərinin nümayişi başlanıb. Amerika rejissoru Qrehem Enneyblın çəkdiyi "Bədheybətlər ailəsi" cizgi filmi fentezi, komediya, macəra janrındadır. Baş qəhrəman bədheybətlər ailəsində yaşamağa məhkum olur. Hər gecə, o qaranlıq küçələri dolaşaraq, yeni məcaralar axtarışına çıxır. Günlərin birində yüksək təbəqəyə mənsub olan cazibədar qızla rastlaşır və onun həyatı həmişəlik dəyişir. Filmdə rolları El Fanninq, Saymon Peqq, Toni Kollett, Ayzek Hempsted-Rayt, Ben Kinqsli, Treysi Morqan və başqa aktyorlar canlandırıb.
Rejissor Antuan Fukuanın çəkdiyi "Bərabərləşdirici" filmi triller, kriminal, döyüş janrındadır. Təsadüfi qadın tanışının köməyinə gələrkən baş qəhrəman mərkəzi kəşfiyyat idarəsinin üzüdönükləri və rus quldurları ilə toqquşur. O, həyatını yeni səhifədən başlamış, istefaya çıxmış xüsusi təyyinatlı dəstədən olmasaydı bu vuruşmanın nəticəsi acınacaqlı olardı. Filmdəki rolları Denzel Vaşinqton , Xloe Qreys Moreç , Den Bilzerian , Marton Çoşak , Bill Pullman , Heyli Bennett , Melissa Leo , Conni Messner və digər aktyorlar ifa ediblər.
Yeni filmlər sırasında rejissoru və ssenari müəllifi məhşur Vudi Allen olan "Ay işığının sehri" lenti də var. Ekran əsəri komediya, dram və melodram janrlarının remiksidir.
Hadisələr keçən əsrin 20 – ci illərində Fransada cərəyan edir. Gənc ingilis fransız Rivierasına gələrək şəhəri ələ alan fırıldaqçıları ifşa etmək istəyir. Əməliyyat əsnasında özü də bilmədən fırıldaqçı olan gözəl qıza dəlicəsinə aşiq olur. Filmdəki obrazları aktyorlar Emma Stoun , Kolin Fert , Hemiş Linkleyter , Marşa Qey Harden , Ceki Viver , Erika Lirxsen , Eylin Atkins , Saymon McBerni və başqaları canlandırıb.


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB