III Bakı Beynəlxalq Teatr Konfransı Musiqili Teatrda keçiriləcək

III Bakı Beynəlxalq Teatr Konfransı Musiqili Teatrda keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 5-6 noyabr tarixlərinə planlaşdırdığı "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Dövlət Musiqili Teatrında həyata keçəcək. SİA-nın verdiyi xəbərə görə, kofransda 70-dən artıq ölkədən 150 nəfər qonağın iştirakı gözlənilir. Tədbir çərçivəsində ASSİTEJ və UMİNA təşkilatlarının Milli Mərkəz nümayəndələri ilə görüşləri, habelə, sənət ustaları üçün müxtəlif mövzularda treninqlər keçiriləcək.

Qeyd edək ki, 2009-cu ildə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının 2.15-ci bəndinə istinadən Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə