Azərbaycan Dövlət Musiqili Teatrında "Qızıl toy" operettasının premyerası olacaq. SİA-nın verdiyi xəbərə görə, 105-ci mövsümün ilk premyerası olan bu əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya rejissor Yusif Əkbərov quruluş verib. Rollarda əməkdar artistlərdən Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlardan Əzizağa Əzizov, Gültac Əlili, Türkel Şabanova, Elvin Əliyev, Şaban Cəfərov, Gülnarə Əzizova, Yuliya Heydərova və başqaları iştirak edirlər. Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində Vətənə məhəbbət dayanır. Tamaşada da məhz bu hisslər aşılanır. "Qızıl toy" tamaşanın hazırlığında, təmir və bərpa işlərindən sonra teatrda yaradılmış müasir standartlara cavab verən texnoloji imkanlardan bacarıqla istifadə olunub. Tamaşanın quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanovadır.
Qeyd edək ki, əsərə ilk səhnə həyatını, 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB