“Balakən - Azərbaycanın Folklor Paytaxtı - 2014"

“Balakən - Azərbaycanın Folklor Paytaxtı - 2014"

Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Balakən rayonunda "Balakən - Azərbaycanın Folklor Paytaxtı - 2014" layihəsi çərçivəsində poeziya gecəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, millət vəkili, yazıçı-dramaturq Aqil Abbas, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, şair-tərcüməçi Ənvər Əhməd, gənc şairlər Xəyal Rza və Fərid Hüseyn rayon ictimaiyyəti nümayəndələri, ədəbiyyat həvəskarları ilə görüşə gedəcəklər.

Qeyd edək ki, ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı üzrə bu il Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Balakən "Azərbaycanın Folklor Paytaxtı", Abşeron "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə