Volqoqradda Rauf Hacıyevin "Qafqaz əsiri" operettası səhnələşdirilir FOTO
Volqoqrad Musiqili Teatrında Rauf Hacıyevin "Qafqaz əsiri" operettası tamaşaya qoyulur. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad regional şöbəsinin dəstəyi ilə hazırlanmış tamaşanın oktyabrın 4-də premyerası olacaq. 1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatlarında səhnələşdirilən bu əsər Volqorad şəhərində ilk dəfə nümayiş etdiriləcək.
Tamaşanın rejissoru operettaya ilk quruluş verən, Azərbaycanın əməkdar artisti Əli Usubovdur. Hazırda Volqoqradda yaşayan Əli Usubov əsəri ilk dəfə 1969-cu ildə Leninqrad Konservatoriyasından məzun olarkən Moskva Operetta Teatrında səhnələşdirib.
Premyeranın təşkilində Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad regional şöbəsi yaxından iştirak edir, zalın tərtibatı, afişa, reklamların hazırlanması və biletlərin paylanması kimi məsələlərdə teatra dəstək göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB