Əməkdar İncəsənət xadimləri gənclərlə görüşüblər

Əməkdar İncəsənət xadimləri gənclərlə görüşüblər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimləri bəstəkar Nailə Mirməmmədli və şair Baba Vəziroğlu ilə gənclərin görüşü təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, görüşdə gənclərə Nailə Mirməmmədli və şair Baba Vəziroğlunun həyat və yaradıcılığından bəhs edən foto və video materiallar nümayiş olunub. Əməkdar İncəsənət xadimləri videoda təqdim edilmiş şəkilləri şərh edib, yaradıcılıqları dövründəki maraqlı və yaddaqalan hadisələrdən danışıblar. Sonda qonaqlar gənclərin suallarını cavablandırıb, onlara istedadlarını inkişaf etdirməyin və uğur qazanmağın sirlərini öyrədiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə