Dekabrın 1-dən Estoniyada "Eurovision-2015" mahnı müsabiqəsi üzrə "Eesti Laul 2015" milli seçim turu başlayacaq. SİA-nın verdiyi görə, mahnı müsabiqəsinin milli seçimin "super final"ı fevralın 21-nə nəzərdə tutulub. Estoniyanın ERR yayım şirkəti əvvəlki illərdən fərqli olaraq, bu dəfə ölkə təmsilçisinin televiziya tamaşaçıları tərəfindən seçiləcəyini təsdiqləyib. Digər dəyişiklik isə finalda milli seçimə üç namizəd və üç mahnının təqdim edilməsi ilə bağlıdır. Avstriyanın Vyana şəhərində keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB