Rejissorlar laboratoriyası yaradılıb

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrında "Milli teatr və dramaturgiya" mövzusu ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə rejissorlar, media mənsubları və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Moskvanın Arenburq Teatrının rəhbəri, xalq artisti Rifkard İsrafilov bunları deyib: "Hər kəsin öz milli dramaturigiyası var. Hansı ki, ssenari quruluşunun planını tərtib etməyə kömək edir. Dramuturigiyanın inkişafı üçün qarşımızda olan problemləri dəf etməliyik. Onu da deyim k, bu tədbiri həyata keçirməyimizdə əsas məqsəd dramaturigiyada olan bəzi problemləri üzə çıxarıb, aradan qaldırmaqdır".

Daha sonra tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov da fikirlərini dilə gətirib: "Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Gənc Tamaçılar Teatrının və Arenburq Teatrının rəhbəri, xalq artisti Rifkard İsrafilovun dəstəyi ilə teatrımızda . Laboratoriyamız beynəlxalqdır. Laboratoriyamıza Ağalar İdrisoğlu, Əsgər Əsgərov, Qurban Məsimov, Nicat Kazımov qatılıb. Ümid edirəm ki, laboratoriyamız bir çoxları üçün maraqlı olacaq".

Qeyd edək ki, tədbir jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə