Xalq artisti Eldar Axundov vəfat edib. SİA-nın verdiyi xəbərə görə, xalq artistinin ürək-damar xəstəliyindən dünyasını dəyişdiyi bildirilir. Mərhumun 65 yaşı var idi.
Qeyd edək ki, E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biri olub. 2006-cı ildə "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə" ona xalq artisti fəxri adı verilib. Mərhum müğənni prezident təqaüdçüsü idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB