"Çövkən - qədim atüstü Qarabağ oyunu"

"Çövkən - qədim atüstü Qarabağ oyunu"

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi xalqımızın köklü dəyərlərinin ayrılmaz hissəsi olan, Azərbaycan mədəniyyətini və mənəviyyatını əks etdirən milli xalq oyunumuz Çövkən haqqında qələmə alınan yazıları dəyərləndirmək, bu oyunu təbliğ etmək, qələm sahiblərini bu istiqamətdə yazmağa həvəsləndirmək məqsədilə "Çövkən - qədim atüstü Qarabağ oyunu" mövzusunda ən yaxşı məqalələr müsabiqəsi elan edir. SİA-nın verdiyi xəbərə görə, ən yaxşı üç məqalə seçilərək birinci, ikinci və üçüncü yerlərə layiq görüləcək. Qaliblər üçün pul mükafatı və diplom nəzərdə tutulub.

Qeyd edək ki, müsabiqəyə 2014-cü ilin dekabr ayının 1-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə