Bu gün xalq artisti Arif Məlikovun ad günüdür. SİA-nın verdiyi xəbərə görə, bəstəkar-rəssamın 81 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, A.Məlikov Bakıda dünyaya göz açıb. 1958-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq sinfi üzrə bitirib. Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir (2001) və həqiqi (2014) üzvüdür.
Qeyd edək ki, xalq artisti "Sehirli xalat", "Axırıncı aşırım", "Qərib cinlər diyarında", "Doğma sahillər" və s. məşhur filmlərə musiqi bəstələyib. Xalq artisti "Məhəbbət əfsanəsi", "Ölümdən güclü", "Yer üzündə iki nəfər", "Əlibaba və qırx quldur", "İki ürək dastanı", "Yusif və Züleyxa" baletlərinin, "Dalğalar" operettasının müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB