Sentyabrın 12-də "Turan Cavid Qadın Mərkəzi" İctimai Birliyinin (İB) təşkilatçılığı ilə cavidlər ailəsinin layiqli davamçısı Turan Cavidin vəfatının 10 illiyinə həsr edilmiş tədbiri keçirilib. Turan Cavidin vaxtilə yaşadığı mənzilində təşkil olunmuş tədbirdə İB-nin sədri Sevda Cəfərova Hüseyn Cavidin sevimli qızının keşməkeşli və şərəfli həyat yolundan söhbət açıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, professor Zümrüd Dadaşzadə bütün ömrünü Hüseyn Cavid irsinin tədqiq və təbliğinə sərf etmiş, şairi külliyyatının orijinal variantına qaytarılması üçün çoxşaxəli işlər görmüş Turan Cavidi layiqli varis və davamçı kimi xarakterizə edib.
Çıxışlarda böyük Cavidin ölməz əsərlərinin məhz Turan Cavid sayəsində son mükəmməl nəşrinin hazırlandığını vurğulayıblar.
Sonda Əməkdar Artist Eyyub Quliyevin ifasında, rejissoru Faiq Kərimov tərəfindən ekranlaşdırılmış Hüseyn Cavidin sözlərinə bəstələnmiş "Doğacaq yenidən günəş" mahnısının klipi nümayiş etdirildi.
Klipdə, Cavid poeziyasının dünyəvi mahiyyəti, insanın bəşəri ideyalar carçısı kimi əbədiyaşar missiyası, xeyirxahlığı, nəcibliyi bir daha obrazlı şəkildə ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB