“Ölkəmizi tanıyaq” devizi altında ekskursiya turlarının birinci mərhələsi başa çatıb

“Ölkəmizi tanıyaq” devizi altında ekskursiya turlarının birinci mərhələsi başa çatıb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9, 10 və 11-ci sinfin əlaçı şagirdləri üçün maarifləndirici turlar keçirilib. SİA-nın verdiyi məlumata görə, "Ölkəmizi tanıyaq" devizi altında respublikamızın ayrı-ayrı bölgələri və onların spesifik xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən olan 9, 10 və 11-ci sinif şagirdləri üçün ekskursiya turları uğurla başa çatıb.

Respublikanın 53 şəhər və rayonlarından olan 2120 nəfər şagird üçün turlar müəyyən olunmuş qrafik üzrə 3 istiqamətdə (Gəncə-Şəmkir-Göygöl, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz) həyata keçirilib.

Ekskursiya turları hər bir bölgə üçün əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə aparılıb. Turlar zamanı şagirdlər bölgələrimizin zəngin tarixi, mədəniyyəti və təbiəti həmçinin turizm potensialı ilə yerində əyani tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə