Heydər Əliyev Sarayının təşkilatçılığı ilə, 7 oktyabr tarixində "Muğam qanadlarında" adlı muğam ifaçılarının konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konsertdə muğamın mahir ifaçıları, respublikanın xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə və özünəməxsus ifaçılıq üslubları olan, respublika və beynəlxalq muğam müsabiqələrində iştirak edərək muğam sənətimizi layiqincə təmsil edən gənc və istedadlı muğam ifaçılarımız Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, Arzu Əliyeva, İlkin Əhmədov, Səbuhi İbayev, Aytən Məhərrəmova, Rəvanə Ərəbova, Elnur Zeynalov və Gülay Qədirova iştirak edəcək.
Qeyd edək ki, 7 oktyabr, saat 19:00 –da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB