Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova sentyabrın 13-də İngiltərənin Kent qraflığının Brençli kəndinin "All Saints" kilsəsində "Brenchley Summer Proms" çərçivəsində konsert verəcək. SİA-nın verdiyi məlumata görə, Nəzrin Rəşidovanı Daniel Qrimvud (fortepiano) və Sarah Oliver (violonçel) müşayiət edəcək.
Konsertin proqramına A.Henseltin, M.Moşkovskinin, F.Mendelsonun əsərləri daxildir.
Alman bəstəkarı və pianoçusu A.Henseltin anadan olmasının 200 illiyi münasibətilə "Brenchley Summer Proms" konsertlərinin proqramına onun əsərləri salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB