Azərbaycanlı gənc violin ifaçısı İsveçrədə yay kurslarında iştirak edib
Bakı Musiqi Akademiyasının violin ixtisası üzrə tələbəsi, Prezident təqaüdçüsü Osman Eyyublu İsveçrənin Krans Montana şəhərində keçirilən "Crans Montana Classics" adlı violin üzrə yay kurslarında iştirak edib. SİA-nın verdiyi məlumata görə, "Crans Montana Classics" yay kurslarının təsisçisi professor Jean Bonvin, bədii rəhbəri tanınmış ifaçı, maestro Shlomo Mintzdir.
Bu il keçirilən kurslara dünyanın 12 ölkəsindən tələbələr dəvət edilib. ABŞ, Niderland, Kanada, Yaponiya, Litva, İrlandiya, Özbəkistan, Cənubi Koreya və digər ölkələrdən gələn tələbələrə dünya şöhrətli violin ifaçıları Shlomo Mintz (ABŞ, İzrail), Zaxar Bron (Rusiya), David Cerone (ABŞ) və Sungsic Yang (Cənubi Koreya) ustad dərsləri keçiblər. Ustad dərslərində tələbələr müasir ifaçılıq sənəti və müxtəlif ifaçılıq məktəblərinin xüsusiyyətləri ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB