Əbülfəs Qarayevin Özbəkistanın aparıcı agentliyində müsahibəsi verilib

Əbülfəs Qarayevin Özbəkistanın aparıcı agentliyində müsahibəsi verilib

Özbəkistanın aparıcı "sharh.uz" informasiya agentliyinin saytında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin "Применяется" сбалансированный "подход" (http://sharh.uz/analitika/item/2045-azarbeydjan) adlı müsahibəsi verilib. SİA-nın verdiyi məlumata görə, müsahibədə nazir Əbülfəs Qarayev: İşğal olunmuş ərazilərdə abidələrin dağıdılması ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi məsələsinin süni şəkildə uzadıldığını bildirilir.

Nazir Əbülfəs Qarayevin Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərdə Azərbaycanın mədəniyyət və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsinə yönəlmiş vəhşiliklər barədə beynəlxalq təşkilatlar qarşısında bir neçə dəfə məsələ qaldırıldığını və beynəlxalq təşkilatların bu məsələyə diqqətlə yanaşdıqlarını, lakin həmin təşkilatlar tərəfindən "tarazlıq" yanaşması tətbiq olunması səbəbindən bölgəyə bugünə qədər faktaraşdırıcı missiyalarını göndərilməsi və bu kimi təşəbbüslərin uğurlu nəticələnməməsi barədə fikirləri məqalədə yer alıb.

Məqalənin sonunda nazirin bəyanatı yer alır. "Biz deyirik ki, Azərbaycanda bütün tarixi-mədəni abidələr dövlət tərəfindən mühafizə olunur və onların hansı dinə, hansı tarixə, hansı mədəniyyətə aid olmasından asılı olmayaraq, hər hansı birinin dağıdılması yolverilməzdir. Biz həm bütövlükdə Azərbaycanda, həm də ermənilər tərəfindən işğal olunmuş ərazilərdə ciddi və hərtərəfli araşdırılma aparılmasının tərəfdarıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə