"Meqapolis” adlı sərgi açılacaq

Sentyabrın 6-22-də Bakı Müasir İncəsənət Muzeyində gənc kurator Fərid Məmmədzadənin debüt layihəsi olan "Meqapolis" sərgisi açılacaq. SİA-nın verdiyi məlumata görə, sərgisində müasir Azərbaycan rəssamları Məmməd Mustafayev və Niyaz Nəcəfovun əsərləri nümayiş olunur.

"Meqapolis" layihəsi fikrin peşəkar və ictimai qavranmasını, pəncərənin o tərəfində baş verən və göylərə ucalan nəhəng şüşəli göydələnlərin daxilində formalaşan, bəşər əhlinin şüurunda və canında əks olunan qavranmanı əhatə edir.

Qeyd edək ki, "Meqapolis" sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir, təqdim edilmiş əsərlər isə Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə