Rusiyanın görkəmli rejissorları Bakıya gələcəklər

Sentyabr ayının 18-23-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçiriləcək rejissor laboratoriyasında iştirak edəcək. Rusiya və Azərbaycanın tanınmış teatr rejissorları dəyirmi masalar keçirəcək, ölkəmizin aparıcı teatrlarının tamaşalarına baxaraq müzakirələr aparacaq. Bundan başqa rejissor laboratoriyası çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında səhnə döyüşləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə