Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümü Şəkidə açılacaq FOTOLAR

Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümü Şəkidə açılacaq FOTOLAR

Sentyabr ayının 10-da Azərbaycan milli peşəkar teatrının növbəti, 142-ci mövsümünün təntənəli açılış mərasimi Şəki şəhərində baş tutacaq. Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabr ayının 11-dən isə Şəki şəhərində I Beynəlxalq Teatr Festivalı öz işinə start verəcək. Azərbaycanda fəaliyyət göstərən aparıcı teatrların iştirakı nəzərdə tutulub festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşası ilə çıxış edəcək. Festivalda həmçinin bir sıra xarici ölkələrin teatr kollektivlərinin iştirakı da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə