Tibbi turizm sahəsində ən populyar 9 ölkənin adı məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, birinci yeri Meksika tutur.
Meksika
2013-cü ildə Meksikaya 1,1 milyon xarici xəstə səfər edib. Bu sayın böyük bir əksəriyyətini ABŞ-da qaçaq yaşayan mksikalıların meydana gətirdiyi bildirilir.
Hindistan
İldə orta hesabla 250 min xarici xəstənin səfər etdiyi Hindistanda tibb turizmi bazarının həcminin bu il 3,9 milyard dollara çatması gözlənilir.
Tailand
Tailand cinsiyyətin dəyişdirilməsi daxil detallı plastik cərrahiyyədə ixtisaslaşıb. Ötən il 1,2 milyon adam ölkəyə tibb məqsədilə səfər edib.
Braziliya
Plastik cərrahiyyə ilə məşhur olan Braziliyanı keçən il 180 min adam tibbi xidmət almaq üçün ziyarət edib.
Sinqapur
Sinqapuru 2013-cü ildə 600 mindən çox turist tibbi xidmət almaq üçün ziyarət edib. Ölkə xüsusilə kardiologiya, ümumi cərrahiyyə, onkologiya və orqan nəqlində ixtisaslaşıb.
Malayziya
İldə təxminən 670 min adam tibb xidmətlərindən faydalanmaq üçün Malayziyaya gedir. Bu sayın 80% Malayziyanın yaxın qonşularından gələnlər təşkil edir.
ABŞ
İldə 600 min ilə 800 min arasında xarici ABŞ-ı tibb xidməti almaq üçün ziyarət edir. Xəstələr xüsusilə öz ölkələrində bahalı olan və yüksək texnologiya ehtiva edən əməliyyatlar üçün ABŞ-ı seçir.
Türkiyə
Türkiyəyə ildə 300 mindən çox xarici tibb xidmətlərindən faydalanmaq üçün gəlir. Xaricilərin xüsusilə seçdiyi xidmətlər arasında lazerli göz cərrahiyyəsi üstünlük təşkil edir.
Macarıstan
Macarıstanı xüsusilə Almaniya, Avstriya və İsveçrə vətəndaşları diş müalicəsi üçün seçirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB