Plov festivalı keçiriləcək

Lerik rayonunda uzunömürlülər və onunla bərəabər plov festivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bu festivalda 8 rayon iştirak edəcək və hər bir rayon ən azı 3 növ plov hazırlayacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Lerik İcra Hakimiyyəti tərəfindən, plov festivalı isə Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən keçirilir. Münsiflər heyətində AMKM-in təcrübəli mütəxəssisləri iştirak edəcək. Tədbirin keçirilməsində məqsəd uzunömür və sağlam həyat tərzinin təbliği, yeməklərin uzunömürlülüyə təsirinin nümayiş olunması, Azərbaycan plovlarının tanıdılması və təbliği, yeni formalarının aşkar olunması və təcrübə mübadiləsidir.

Nəzərinizə çatdıraq ki, "Plov festival"ı birinci dəfə keçirilir. Gələcəkdə beynəlxalq səviyyədə festivalın keçirilməsi düşünülür və bunun Lerikdə brend halına gətirilməsi planlaşdırılır. Digər bölgələrimizdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir sentyabrın 8-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə