Sahibə Qafarova: "Mədəniyyətimizin inkişafı dövlətin diqqət yetirdiyi əsas sahələrdəndir"
"Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin qorunması, adət və ənənələrinin mühafizə olunması, mədəniyyətimizin inkişafı və dünyada təbliğ olunması bu gün Azərbaycan dövlətinin diqqət yetirdiyi əsas sahələrdən biridir. Son illərdə bu istiqamətdə bir çox mühüm addımlar atılıb". Bu sözləri SİA-ya Milli Məclisin üzvü Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin çox zəngin və qədim qollarından biri olan xalçaçılığın inkişafı istiqamətində də bu gün əsaslı işlər görülür: "Azərbaycan xalçaları tarixən dünyada özünəməxsus şöhrət qazanıb. Bu gün isə Xalça Muzeyinin yeni binası ölkə vətəndaşları ilə yanaşı, Bakıya gələn turistlərin bir çoxunun da marağına səbəb olacaq. Bu həm də o deməkdir ki, bu muzey Azərbaycan xalçasının dünya səviyyəsində daha yaxşı tanınmasına əlavə töhfə verəcək".
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində ölkəmizin qədim xalçaçılıq sənətinin dünyada təbliğ olunmasının da mühüm yer tutduğunu söyləyən S. Qafarova əlavə edib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə Avropanın onlarla şəhərində keçirilən mədəni tədbirlərdə Azərbaycan xalçaçılıq sənəti də layiqincə təbliğ və təmsil olunur: "Bütün bunlar Azərbaycan xalçaçılıq sənətinə marağın artmasına və dünyada öz mədəniyyəti ilə tanınan ölkəmizin imicinin möhkəmləndirilməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti günləri, milli mədəniyyətimizin, incəsənətimizin ayrı-ayrı sahələrini tərənnüm edən sərgilər təşkil olunur. Bu tədbirlərdə bir qayda olaraq Azərbaycanın müxtəlif mədəniyyət sahələri ilə yanaşı, xalçaçılıq nümunələri də nümayiş etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB