Nuriyyə Əhmədova: “Oğlum gəzə bilmir”

Nuriyyə Əhmədova: “Oğlum gəzə bilmir”

Xəbər verdiyimiz kimi xalq artisti Nuriyyə Əhmədovanın oğlu xəstəxanaya yerləşdirilib. Aktrisanın oğlu Əli İslamzadə hazırda reanimasiyadadır. Bu haqda SİA-ya Nuriyyə Əhmədovanın özü məlumat verib: "Şükürlər olsun ki, oğlumun səhhəti müəyyən qədər normallaşıb. Səhhətindəki fəsadlar aradan qalxandan sonra indi vəziyyyəti müəyyən qədər yaxşılaşıb. Bir müddət öncə həkimlər oğluma asma, vərəm dioqnozu qoymuşdular. Ciddi müayinədən sonra oğlumda sözügedən xəstəliklər tapılmadı. Xüsusilə diqqətinizə çatdırım ki, Əlinin bu cür xəstəliyə düçar olmasına səbəb şəraitsizlikdir. Mən xəstəxanada qalan müddətdə övladlarıma baxan olmayıb, hər gün bir evdə yaşayıb, yeməyinə fikir verməyib. Hazırda bütün həkimlərin diqqəti oğlumun üzərindədir. Bildiyiniz kimi mən övlad itirmişəm. İkinci uşağımı da itirəcəyimə çox qorxurdum. Onu da deyim ki, Əli hələ gəzə bilmir. Ayaqları tutulur. Nə vaxta qədər xəstəxanada qalacağı və buradan hara gedəcəyimiz sual altındadır. Çünki yaşamağa mənzilimiz yoxdur. Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət etmişəm. Hardan kömək istəyirəmsə yalnız rədd cavabı alıram. Mənim müraciətimə baxmırlar. Artıq qapı-qapı gəzib ev istəməkdən yorulmuşam. Heç kim bu işi öz üzərinə götürmək istəmir. Axı mən də Azərbaycan mədəniyyətinə müəyyən qədər xidmət göstərmişəm. Mənə baxa-baxa bacı və qardaşım da şəkər xəstəliyi tapıb. Ümidim yalnız Allaha qalıb".

Qeyd edək ki, Nuriyyə Əhmədovanın oğlu hazırda Sabunçu rayon 3 saylı Kliniki Xəstəxananın Terapiya şöbəsində müalicə alır.

Bütün xəbərlər Facebook səhifəmizdə