Avqustun 28-dən 30-dək Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində türkdilli ədəbi jurnalların forumu keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, forumda Azərbaycan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və digər ölkələrdən nümayəndələr iştirak edəcəklər.
Forumun proqramına nümayəndələrin məruzələrini əhatə edən iclaslarla yanaşı, Tatarıstan Milli Kitabxanasının Baş Arxiv İdarəsi ilə birgə hazırladığı əlyazmalar sərgisinin açılışı, Tatarıstan Milli Muzeyinə ekskursiya, Musa Cəlilin xatirəsinin yad edilməsi, Tatarıstan Yazıçılar İttifaqı üzvləri ilə tanışlıq, türkdilli jurnalların yeni portalının təqdimatı və digər tədbirlər daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB