“Azərbaycan mədəniyyətini tanıyaq!” kampaniyasına başlanıldı

“Azərbaycan mədəniyyətini tanıyaq!” kampaniyasına başlanıldı

Gənclər üçün Təhsil Mərkəzi milli musiqimizin və sənət nümunələrinin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısının alınması məqsədilə "Azərbaycan mədəniyyətini tanıyaq!" virtual təbliğat kampaniyasına başlayıb. SİA-nın AzərTaca istinadən verdiyi məlumata görə, avqustun 26-dan başlanan kampaniya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.

Kampaniya çərçivəsində Azərbaycanda və xaricdə fəaliyyət göstərən sosial media vasitələrində təbliğat işinin təşkili, müxtəlif xalqlar tərəfindən mənimsənilmiş mədəni dəyərlərimizin geri qaytarılması məqsədilə faktların toplanması, onların ictimailəşdirilməsi və mətbuatda yayılması, xarici dillərdə mədəniyyətimizlə bağlı yazıların hazırlanması və işıqlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, kampaniyanın avqustun 26-da başlaması bu günün Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü kimi qeyd olunması ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə