Lənkəranda “Kiçik səhnə” baxış-müsabiqəsinin 1-ci turuna start verildi
Avqustun 25-26-da Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində klub filialları arasında "Kiçik səhnə" adlı dram dərnəklərinə baxış-müsabiqənin 1-ci turuna start verilib. SİA-nın verdiyi məlumata görə, müsabiqədə Boladi, Tütəpeştə, Bəliton, Liman, Xanbulan, Moloja, Osaküçə, Hirkan, Şıxəkəran klublarının və Mədəniyyət Mərkəzinin özfəaliyyət dram kollektivləri hazırladıqları müxtəlif səhnəcikləri nümayiş etdirdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd yerlərdə teatr sənətinə marağı artırmaq, istedadlı şəxsləri üzə çıxardıb, aktyorluq fəaliyyətinə cəlb etmək, eləcə də gənclərin asudə vaxtını səmərəli keçirtməsini təmin etməkdir.
Qeyd edək ki, müsabiqənin növbəti turu sentyabrın 18-də təşkil olunacaq. Baxış-müsabiqənin yekun turu sentyabrın 27-nə planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB