Nuriyyə Əhmədovanın oğlunu reanimasiyaya yerləşdiriblər

Nuriyyə Əhmədovanın oğlunu reanimasiyaya yerləşdiriblər

Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın oğlunun səhhəti pisləşib. Bu haqda SİA-ya aktrisanın ikinci oğlu Faiq İbadzadə məlumat verib: "Qardaşımın səhhəti birdən-birə ağırlaşdı. Mədəsində problemlər var. İndi qardaşım reanimasiyadadır. Tam dəqiq məlumat verilmir. Həkimlər qardaşımın səhhətinin ağır olduğunu söyləyirlər. Yanına heç kimi buraxmırlar. Anamın vəziyyəti çox pisdir".

Bütün xəbərlər Facebook səhifəmizdə